Gənclər bir-birini bıçaqladılar - Bakıda kütləvi dava

 Gənclər bir-birini bıçaqladılar - Bakıda kütləvi dava

Bakıda bıçaqlanma hadisəsi baş verib. Asayis.Az-ın Lent.az-a istinadən məlumatına görə, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11:30 - 5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin