Bu halda sual yaranır? Müddətli həqiqi hərbi xidmətə yararsız olanların aqibəti necə olacaq?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Pərviz Sədrəddinov bildirib ki, 35 yaşı tamam olmayan və əvvəlki illərdə hərbi xidmətə yararsız olmaları barədə qərar qəbul edilən və möhlət hüququ bitən vətəndaşlar üzrə yekun qərarın verilməsi üçün altsistem vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndiriləcəklər:
"Müayinənin nəticələrindən asılı olaraq qərar qəbul ediləcək. Əgər vətəndaşın yararlı olması təsdiq edilərsə, həqiqi hərbi xidmətə göndəriləcək".
Ətraflı Baku TV-nin süjetində: