Qaxda 11 aylıq körpə öldü

 Qaxda 11 aylıq körpə öldü

Qaxda 11 aylıq körpə xəstəxanada ölüb. “Qafqazinfo”nun məlumatına görə, Qazmalar kənd sakini 2023-cü il təvəllüdlü Nəzərli Ahu Rahim qızı ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə, körpə güclü ağciyər və ürək çatışmazlığı səbəbindən ölüb.

15:52 - 1 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin