Prokuror idmançılara cəza istədi

 Prokuror idmançılara cəza istədi

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.Az 
xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Müslüm Şahmarov ittiham nitqi ilə çıxış edib. 

Prokuror Ruslan Əfəndiyev, Rüfət Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov,  və Tofiq Musayevin hər birinin 1 il azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror Tofiq Musayevin polisin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin ləğv edilməsini, məhkəmə zalından həbs edilməsini istəyib.

Hazırda proses vəkillərin çıxışı ilə davam edir. 

İttihama görə, hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənar yerdə təqsirləndirilən şəxslər idmançı Həsən Əzizovla mübahisə ediblər.

İttihama görə, təqsirləndirilən şəxslər Həsən Əzizovu cəzalandırmaq qərarına gəliblər. Buna səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub.

Dəstə üzvləri Həsən Əzizovun onların yanına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə vurublar.

Daha sonra Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

13:15 - 1 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin