Səfər Mehdiyevin sürdüyü maşının nömrəsi bu şirkətə məxsus imiş

 Səfər Mehdiyevin sürdüyü maşının nömrəsi bu şirkətə məxsus imiş

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxt çəkilən və bu gün yayılan video ilə bağlı rəsmi qurumlar tərəfindən hələ ki, hər hansı açıqlama verilməsə də, sosial mediada onun idarə etdiyi avtomobillə bağlı müxtəlif məlumatlar yayılıb.

Yayılan yeni məlumatlarda bildirilir ki, S.Mehdiyevin sürdüyü “Mercedes Galendevagen” markalı lüks avtomobilin dövlət qeydiyyat nömrəsi (90-AA-978) "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur.
 

O isə Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və S.Mehdiyevin qohumudur.

08:54 - 9 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin