Bakıda müəllimlərə verilən orta aylıq əməkhaqqının məbləği açıqlanıb.
Asayis.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)məlumat yayıb.
Bildirilib ki, 2023-2024-cü tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 985 manat təşkil edib.