Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

 Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən  bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

12:25 - 10 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin