Daha iki hərbçi telefona görə ordudan qovulub

 Daha iki hərbçi telefona görə ordudan qovulub

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Xatırladaq ki, bir neçə gün öncə də bir qrup hərbçi eyni əmələ görə ordu sıralarından xaric edilib.

19:58 - 6 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin