10 yaşlı milyarderin başı dərddə – Atası dələduzluq etdiyi üçün axtarılır

 10 yaşlı milyarderin başı dərddə – Atası dələduzluq etdiyi üçün axtarılır

Afrikanın ən zəngin uşağı sayılan 10 yaşlı “Mompha Junior” sosial mediada dəbdəbəli həyatı ilə qısa zamanda gündəm yarada bilib.

Şəxsi təyyarələrdə bir dəstə pulla, son model avtomobillərdə pozalar verən “Mompha Junior”un sərvətinin təhlükədə olduğu iddia edilib.

Nigeriya səlahiyyətliləri atası İsmaila Mustafanı bir sıra dələduzluq ittihamı ilə axtararkən kiçik milyarder də çıxılmaz durumda qalıb.

Afrikanın ən varlı uşağı olan 10 yaşlı Məhəmməd Aval Mustafa İnstaqramda “Mompha Junior” kimi tanınır.

Dəbdəbəli həyatını nümayiş etdirdiyi sosial media hesabında 18 minə yaxın izləyicisi olan “Mompha Junior” hazırda çətin anlar yaşayır. Milyarder İsmaila Mustafanın oğlu olan fenomen atasının fırıldaqçılıq iddiası ilə Nigeriya polisi tərəfindən axtarılmasından sonra gündəmə gəlib. Nigerian Times-ın məlumatına görə, Nigeriya İqtisadi və Maliyyə Cinayətləri Komissiyası tərəfindən axtarılan ata Mompha ilə hələ də əlaqə yaradılmayıb.
 

İsmaila Mustafa qanunsuz fəaliyyət yolu ilə çirkli pulların yuyulması, saxta əmlak bəyannaməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin saxlanması kimi cinayətlərə görə axtarışdadır. O, bundan əvvəl də yanvar ayında Nigeriyanın antikorrupsiya agentliyi tərəfindən 10 milyon funt sterlinqdən çox pulların yuyulmasında ittiham edilmişdi. Sözügedən hadisədə o, ittihamları rədd edib və 350 min funt sterlinq müqabilində zaminə buraxılmışdı.


22:05 - 5 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin