Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. "APA-Economics"in əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr verilib. Əmrə əsasən, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad olunub. Qeyd edək ki, o, 14 ildir bu vəzifədə çalışırdı.