Əməkdar artist Namis Şirməmmədov vəfat edib. "Report"un yerli bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.
Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. N.Şirməmmədov daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.
N.Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırıb.