Quba şəhərində yerləşən “Hay-Küy” restoranında hay-küy salan şəxs həbs edilib.
Asayis.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Cabir (ad şərti) restoranda yeyib-içib və gecə saat 3 radələrində obyektin qarşısında uca səslə ünvansız söyüşlər işlədib.
O, polis tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Cabir məhkəmədə əməlindən peşman olduğunu bildirib, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və dörd gün müddətə inzibati qaydada həbs edilib.