Əsgərlərimiz uçquna düşdü, bir şəhid, bir yaralımız var

 Əsgərlərimiz uçquna düşdü, bir şəhid, bir yaralımız var

Müdafiə Nazirliyi Laçında baş verən faciə ilə bağlı məlumat yayıb.

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

14:19 - 5 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin