“Koroğlu”da bitumdaşıyan yük maşını aşdı, maye yola dağıldı - VİDEO

 “Koroğlu”da bitumdaşıyan yük maşını aşdı, maye yola dağıldı - VİDEO

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşını aşıb.

Asayis.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

 



13:54 - 6 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin