Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs edilib

 Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs edilib

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

16:45 - 1 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin