"Azəriqaz" İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevin dövrü yoxlanılır.
Valyuta.az-a daxil olan məlumata görə, "Azəriqaz" İB-nin bir neçə il üçün maliyyə fəaliyyəti araşdırılır.
Ruslan Əliyevin rəhbəri olduğu dövr ərzində digər təşkilatlarla bağlanmış müqavilələr əsasında qaz qurğularının təmiri və yenidən qurulmasına xərclənən vəsaitlər dəqiqləşdirilir. Qeyd olunub ki, abonetlərdən əldə edilən vəsaitlər təyinatı üzrə xərclənməsi dəqiqləşdirilir.
Artıq İB-nin strukturlarında da maddi texniki təchizatında ciddi nöqsanlar aşkar edilib.
Qeyd edək ki, Əliyev Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1 noyabr 2019-cu ildə “Azəriqaz” İB-nin Baş direktoru təyin edilib. 2015-ci ildən 01.11.2019-cu ilə qədər isə “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini işləyib.