Abşeronda 2 avtomobil toqquşdu - Sürücü öldü

 Abşeronda 2 avtomobil toqquşdu - Sürücü öldü

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Asayis.Az xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Eldəniz Əhmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Rasim Hacıyevin idarə etdiyi "VAZ 21063" markalı avtomobil toqquşub.

Nəticədə Rasim Hacıyev və sərnişini Samirə Hacıyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Rasim Hacıyev xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

13:45 - 28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin