"Miss Tver 2001" gözəli də hücumda həlak olub

Moskvada "Crocus City Hall” konsert zalında baş vermiş terror aktı zamanı həlak olanlar arasında "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova da yer alıb.

Axşam.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətinin Səhiyyə Nazirliyinin dərc etdiyi ilkin rəsmi siyahıda yer alıb.

Bldirilib ki, Y. Novoselova 2001-ci ildə gözəllik müsabiqəsinin qalibi olub.

Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 107 nəfər xəsarət alıb.

15:00 - 26 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin