Generalın oğlu Salyanda restoran açdı

 Generalın oğlu Salyanda restoran açdı

Salyan rayonu ərazisində “Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib.

 

Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.

Məlumata görə, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur.
 

Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.

13:22 - 1 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin