İsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var

 İsmayıllıda

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.

 

Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 


19:36 - 31 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin