Bayram günü axtarışda olan 53 nəfər saxlanılıb

 Bayram günü axtarışda olan 53 nəfər saxlanılıb

Bayram günündə cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

18:00 - 22 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin