22 yaşlı qız hamam otağında öldü

 22 yaşlı qız hamam otağında öldü

ənkəranda bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

17:30 - 21 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin