Qardaşı ilə birgə yaşadığı evi qəsdən yandırdı

 Qardaşı ilə birgə yaşadığı evi qəsdən yandırdı

Zaqatalada iki qardaşın birgə yaşadığı evin qardaşların biri tərəfindən qəsdən yandırıldığı məlum olub. 

Zaqatalanın Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

Məlumata görə, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən müvafiq kül nümunələri götürülüb. 

İlkin məlumata görə, Tərlan və Əhliman Gülməmmədov qardaşları yanan fərdi yaşayış evində birgə yaşayıblar. İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb. Əhliman Gülməmmədov hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür. 

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb. 

Faktla bağlı Zaqatala RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.

18:56 - 1 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin