Bakının Nərimanov rayonunda 1987-ci il təvəllüdlü Qoşqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 8-də baş verib. Qoşqar həmin gün saat 11.00-da həyat yoldaşı Leyla ilə kirayə yaşadıqları evdə olarkən mübahisə ediblər. O, təpiklə, yumruqla arvadının baş və bədəninin digər nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Qoşqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qoşqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həyat yoldaşı Leyla ilə 14 ildir evlidir: “Bu nikah müddəti ərzində 3 övladımız olub. Son zamanlar həyat yoldaşım mənimlə əsassız mübahisələr edir ki, guya başqa bir qadınla münasibətdəyım. Mən adını bilmədiyim bir şəxsin həyat yoldaşıma mənim yanımda bir qız ilə olan foto şəkilimi göndərib. Həmin gündən evdə tez-tez mübahisələrimiz olub. Lakin həqiqətdə həmin qızla aramızda heç bir münasibətim olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 11.00-da yuxudan qalxan kimi arvadı Leyla qısqanclıq zəminində onunla mübahisə etməyə başlayıb: “Mən əsəbiləşərək təpiklə, yumruqla Leylanın bədəninin müxtəlif nahiyələrinə vurdum. Evdə olan müəllimə Ləman bizi ayırdı. Ləman Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdikdən sonra o bir qədər sakitləşdim, evdən getdim”.
İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, əri Qoşqar son müddətdir bir nəfər qızla münasibət qurub, evdə demək olar ki, olmur: “Buna görə evdə mütəmadi olaraq mübahisələrimiz yaranır. Hadisə günü, saat 11.00-da evdə olarkən qısqanclıq zəminində aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Qoşqar təpiklə, yumruqla bədənimin müxtəlif yerlərinə vuraraq xəsarətlər yetirdi. Evdə olan müəllimə səs-küyə gələrək bizi ayırdı”.
Bu iş üzrə danışan müəllimə Ləmanın sözlərinə görə, xüsusi məktəbdə müəllimə işləyir: “Zərərçəkmiş Leylanın əqli inkişafdan geri qalmış övladına xüsusi dərs keçmək üçün onlara gedirəm. Hadisə günü, saat təxminən 11.00-da Leylanın evlərində dərs keçərkən digər otaqdan səs-küy gəldiyini eşitdim. Digər otağa keçdikdə Leylanın əri gtərəfindən döydüyünü gördüm. Dərhal onları ayırdım. Bu barədə Daxili İşlər Nazirliynin 102 xidmətinə zəng edərək məlumat verdimr. Bundan sonra təqsirləndirilən şəxs bir qədər sakitləşdi, evdən getdi”.
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qoşqar 240 saat ictimai işlər cəzasına məhkum olunub.
Demokrat.az