Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində daşınmaz əmlakların tikildiyi şəhərlərə, ərazilərə hətta onların yerləşdiyi küçələrə görə vahid satış qiymətləri olur.
Onun sözlərinə görə, Bakıda isə mənzillərin satışı fərqli qaydada həyata keçirilir.
Ekspert qeyd edib ki, bəzi MTK-lar müxtəlif yollarla Bakıda yeni tikilən binalarda mənzillərin qiymətini süni şəkildə artırırlar.
E.Fərzəliyev onu da əlavə edib ki, bu sahədə sui istifadə hallarının qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilməlidir.