Şabranda meşədə 42 yaşlı qadının meyiti tapılıb - FOTO

 Şabranda meşədə 42 yaşlı qadının meyiti tapılıb - FOTO

Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.

Məlumata görə, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

14:37 - 14 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin