Xaçmazda ağır qəza, iki sürücü öldü

 Xaçmazda ağır qəza, iki sürücü öldü

Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.

Hadisı Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

21:24 - 28 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin