Bu şəxslər pensiyaya tez çıxacaq

 Bu şəxslər pensiyaya tez çıxacaq

Yoldaşı vəfat edəndən sonra uşağına baxan ata evlənsə belə, pensiyaya tez çıxacaq.

Asayis.Az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi, uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

14:15 - 15 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin