Asayis.Az-ın məlumatına görə, Qobu qəsəbəsi, Əliağa Ağayev küçəsində kanalizasiya xətti yoxdur.
Ümumiyyətlə, Qobu qəsəbəsində beş mindən çox sakinin yaşadığı ünvanda kanalizasiya xətti yoxdur.
Sakinlər bu səbəbdən məcbur qalıb çirkab sular üçün quyular qazırlar.
Amma yağış yağan kimi quyular daşır və çirkab sular ilə birgə küçə boyu axır. Sakinlərin öz vəsaitləri hesabına kanalizasiya xətti çəkdirmək istəkləri isə heç bir nəticə vermir.
Mövcud məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ünvanda mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Master plana əsasən gələcəkdə həmin ünvanda kanalizasiya şəbəkəsinin qurulması planlaşdırılır.
Daha ətraflı “Xəzər Xəbər”in süjetində: