Danimarka qadınları hərbi xidmətə çağırmaq qərarına gəlib

 Danimarka qadınları hərbi xidmətə çağırmaq qərarına gəlib

Danimarka ilk dəfə olaraq hərbi xidmət müddətini uzatmaq və qadınları orduya çağırmaq qərarına gəlib.

Asayis.az  “Associated Press”ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen deyib.

Bildirilib ki, Danimarka hər iki cins üçün xidmət müddətini 4 aydan 11 aya qədər uzatmağı planlaşdırır.

Baş nazirin sözlərinə görə, bu yolla hökumət cinslər arasında tam bərabərliyə nail olmaq istəyir.

Nəşrin qeyd etdiyi kimi, hazırda Danimarka ordusunda 4700 çağırışçıdan əlavə 9000-ə qədər peşəkar hərbi qulluqçu var. Hökumət çağırışçıların sayını 300 artıraraq ümumilikdə 5 min əsgərə çatdırmaq istəyir

11:15 - 14 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin