Dünya əhalisinin təxminən 20%-i sosial faydalarına görə qohum evliliklərinə üstünlük verir. Qohumluq səviyyələri mədəniyyət, coğrafiya, etnik mənsubiyyət və din də daxil olmaqla bir çox amillərin təsiri ilə əhali qrupları daxilində və arasında dəyişə bilər. Qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir. Qohum evliliyinin ən yüksək göstəriciləri Şimali və Saharadan cənubda Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınıb. Pakistan və Hindistan qohumluq nisbəti 73% və 60%. UNICEF və onun Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə 2017-nin son hesabatına əsasən, Pakistan dünyada ən yüksək neonatal ölüm nisbətinə malikdir və hər 1000 nəfərə 46 ölüm.
İki tarixi konteksti qeyd edək-fərqli millətlər və dinlər necə yanaşır? Üzərindən min illər keçəndən sonra müasir elm adamları Misir fironlarının sülaləsinin məhv olmasına səbəb olan qohumlar arasında evlilik olduğunu söyləyirlər. Axı, genetiklər daim qohum nikahların nəsillərində hər cür fizioloji anomaliyaların mövcudluğunu sübut edirlər.Kral sülalələridir, uşaqlar irsi anomaliyalardan daha çox əziyyət çəkirlər və ümumiyyətlə qohumluq əlaqələri olmayan insanlar arasında nikahda doğulan digər uşaqlarla müqayisədə daha az həyat qabiliyyətinə malikdirlər.
İslam dini qohumlar arasında nikaha necə yanaşıb, sual edərkən, Peyğəmbər əleyhissalamın sevimli qızı Fatiməni ata tərəfdən əmisi oğlu Əliyə ərə vermsi faktı qabardılır. Bu evlilikdən sağlam və nəcib övladlar dünyaya gəldi. Əlbəttə, qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb təkcə qohumluq deyil, ər-arvadın əcdadlarının gen vasitəsilə nəsillərə ötürülən xəstəliyidir.. Buna görə bir çox xalqlarda ailə üzvlərinin sağlamlığı və xəstəliklərinin qeyd edildiyi ailə ağacları yaradır. Əli və Fatimə məsələsində deyə bilərik ki, Peyğəmbər onların əcdadlarının sağlam olduğunu bilirdi və bu evlilik heç bir təhlükəli sayılmadı.
Müasir Azərbaycanda hansı iqtisadi, sosial, demoqrafik və ya digər motivlər rol oynayır – bir çox amillərlə yanaşı tayfaçılıq (təcrid-qapalı nəsil) hələ də Azərbaycan cəmiyyətinə xasdır və bu, hər şeyi izah edir. “Bir çox azərbaycanlılar “kənar adamlara” inamsızdırlar, bu da onların qapalı icmasına daxil olmayan hər kəs deməkdir.” Məsələn, bizdə çox güclü regionalizm var. Yaxşı, qohum evlilikləri tayfaçılığın elə cəmləşmiş variantıdır ki, öz qohumlarından başqa hamı yad sayılır.
Risklərə rəğmən qohum evliliklərinin sabit nikah münasibətləri, ailənin maddi problemləri azaldılması, nikahın asanlığı, qadın müstəqilliyinin yaxşılaşdırılması, qayınata, qayınana ilə daha yaxşı uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri və gizli imkanların azaldılması kimi sosial və mədəni faydalara malik olduğuna inanılır. Qohumluq mədəni ötürülmə və mədəni davamlılıq üçün imkanlar təmin edir. İqtisadi faydalara cehizlərin azaldılması və torpaq sahələrinin saxlanması daxildir. Bəzi dini və siyasi anlayışlar dindarları qohum evliliklərinə cəlb edir. Qohum evlilikləri ailənin genetik tədqiqatlarını asanlaşdırır, çünki populyasiyada genofond tarazlığı sabit qalır. Qohum ailələr əlaqə analizindən istifadə edərək yeni xəstəlik genlərini müəyyən etməyə kömək edir.
Ailə kiçik dövlət, dövlət böyük ailədir. Ailə milli varlığın qoruyucusudur. Ailə institutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi, ənənələr, dini və digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə təsir edir. Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır. Tədqiqatlar həmçinin göstərir ki, yaxın qohum nikahları zamanı qan xəstəliklərinin, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur. Dördüncü dərəcəli qohumların genlərinin 12.5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6.25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur.
Haşiyə çıxaraq, qanunvericilikdə qohum nikahların dərəcəsi 1 və 2-ci qohumluğa aid edilsə də, 3 və 4 cü qohumlqu dərəcəsini əhatə etmir. Digər tərəfdən, nişanlanma ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Ona görə də bir dövlət rəsmi təmsilçilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ilə olan məlumatlarına əsasən, 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilmiş, bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, belə statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər.
Bəs hansı tədbirlər, inzibati, yoxsa, maarifləndirmə çıxış yoludur? Qadağalar hansı nəticəni doğurur-Amerikanın 24 ştatında qohum evliliklər qadağan olunub.
Hansı çıxış yolları təklifləri dünyada geniş tətbiq edilir-ilk növbədə, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Həkimlər eşitmə qüsuru, talassemiya, kistik fibroz, əqli gerilik və s. kimi qohumlarla əlaqəli xəstəliklərə diqqət yetirməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir.
Ən vacib addımlardan biri-qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu yaardıb. İndi baxışlar dəyişməlidir. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. İnsanlar genetik test nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir.
Ölkəmiz hərbi qələbədən sonra yeni çağırışlar qarşısındadır. Prezident İlham Əliyevin Yeni dövr kimi xarakterizə etdiyi və “Böyük Qayıdış” qarşısında xalqımızın daha güclü ailə institutuna, sağlam dəyərlərə malik olması onu bütün risk və təhlükələrdən qoruyacaqdır. Ona görə də biz yeni çağırışları həll etməliyik.