“Nə haydı ki, hamını cərimələyəsən” - Deputat yol polisinə etiraz etdi

 “Nə haydı ki, hamını cərimələyəsən” - Deputat yol polisinə etiraz etdi

Deputat Razi Nurullayev Nəqliyyatı Əlaqələndirmə Şurasının “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobil sahiblərini cərimələməsinə etiraz edib.

O, bununla bağlı narazılığını açıq şəkildə dilə gətirib:

“Fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma.

Nəqliyyatı Əlaqələndirmə Şurası “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Mən də bunu bəyənirəm.

Qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər”.

Razi Nurullayev müvafiq dövlət qurumunu daha səbirli olmağa səsləyib: “Qərar dünən verilib. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən.
Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Həmən cərimə yazmaq heç düzgün yanaşma deyil”,-deyə deputat narazılığını bildirib. 

14:00 - 13 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin