Azad edilmiş ərazilərdə 2 polisimiz həlak oldu

 Azad edilmiş ərazilərdə 2 polisimiz həlak oldu

Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

DİN-in mətbuat xidmətindən Asayis.Az-a bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

13:00 - 13 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin