Gözəllik salonunda 58 min manatlıq lazer aparatını sındırdılar

 Gözəllik salonunda 58 min manatlıq lazer aparatını sındırdılar

Bakıda gözəllik salonunda 58 min manatlıq lazer aparatını sındıranlar saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58 000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

15:22 - 27 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin