“Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR

 “Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.

Asayis.Az bildirir ki, Modern.az saytı bundan əvvəl Azər Məmmədovla bağlı təqdimat etmişdi.

 Onunla bağlı daha bir maraqlı məlumatı diqqətə çatdırırıq.

2023-cü ilin mart ayındın "Azəriqaz"a direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur.

Mərhum Vəli Məmmədov uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb.

O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan Mi-8 helikopterində şəhid olmuş 22 nəfərdən biridir.

İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Məmmədov Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Onun sonuncu vəzifəsu Azərbaycan  KP MK-da Nəzarət Komitəsinin sədr müavini olub. 

15:30 - 12 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin