Azərbaycanda FACİƏ - Ana və iki azyaşlı oğlu...

 Azərbaycanda FACİƏ - Ana və iki azyaşlı oğlu...

Masallıda 26 yaşlı qadın və onun iki azyaşlı oğlu dəm qazından zəhərlənərək ölüb.  Asayis.Az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb. 

Məlumatda hadisə bağlı cinayət işinin başlandığı bildirilib.

Qeyd olunub ki, bu gün Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində üç nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Məlumata əsasən, araşdırma zamanı həmin evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Qeyd olunub ki, faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. 

13:45 - 12 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin