Dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək

 Dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək

Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.

Asayis.Az 
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəhərdə mövcud problemlərin böyük əksəriyyəti qayda pozuntularından qaynaqlanır:

“Qarşıdakı dövrdə müəyyən bəzi tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Yaxın günlərdə bu tələblər qəbul ediləcək”. (Apa)

11:15 - 12 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin