"Allah onsuz mənim cəzamı verib, sonsuza qədər çəkəcəm" - "Nikosayağı” son söz dedi

"Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Daha sonra prosesdə Nicar Şakirli son sözlə çıxıb edib. O, çıxışında ölən dostunun ailəsindən üzr istəyir:

"Allah onsuz mənim cəzamı verib. Dostumun ailəsindən üzr istəyirəm. Hadisə ilə bağlı özümü təqsirli bilirəm. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Ölən şəxs öz qardaşımdan seçilmir. Veriləcək hər cəzanı da çəkməyə hazıram".

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Xatırladaq ki, ötən proses övlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nicat Şakirlinin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib
Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Nicat Şakirlinin təqsiri sübuta yetirilərsə 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilı bilər. (APA)

18:00 - 8 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin