Almaniyada yaşayan 62 yaşlı kişi həkimlərin xəbərdarlığına baxmayaraq, 217 dəfə “Covid” peyvəndi vurdurub.
Asayis.Az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, peyvəndlər 29 ay ərzində özəl klinikalarda edilib.
Lakin Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən şəxsdə heç bir problem olmadığını ifadə ediblər.
Mütəxəssislər həddən artıq peyvəndin təşviqinin düzgün olmadığını bildirib.
Eyni zamanda zərərli ola biləcəyi ilə bağlı insanlara xəbərdarlıq edib.