İtlərin parçaladığı uşağın SON VƏZİYYƏTİ

 İtlərin parçaladığı uşağın SON VƏZİYYƏTİ

Ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Martın 5-də onun vəziyyətinin ağır olduğu bildirilirdi.

News24.az azyaşlının vəziyyətini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirdi ki, azyaşlının səhhətində irəliləyiş yoxdur:

“İt parçalayan 9 yaşlı uşağın vəziyyətində dəyişiklik yoxdur. Vəziyyəti ağır-stabil olaraq qalır. Hazırda reanimasiyadadır".

16:00 - 7 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin