Sumqayıtda ailə münaqişəsi - TƏFƏRRÜAT

 Sumqayıtda ailə münaqişəsi - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Aslan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Əsmərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 1-də baş verib. 

Aslan həmin gün saat 21 radələrində arvadı Əsmər ilə aralarında ailə-məişət zəmnində baş vermiş mübahisə zamanı yumruqla onun başının arxa nahiyyəsinə vurub, əli ilə boğaz nahiyyəsini sıxaraq ona xəsarətlər yetirib.
 
Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2023-cü ilin aprelında Əsmər ilə rəsmi ailə həyatı qurublar, birgə nigahlarından övladları yoxdur: 

“Ailə qurduğumuz vaxtdan etibarən ailəmizdə mütəmadi olaraq sözlə münaqişələri baş verib. Səbəbi isə Əsmərin mənim hər işimə qarışması, valideynlərimlə olan xoş münasibətimə reaksiya verərək onlarla görüşməyimə və münasibət saxlamağlma narazılığı olub. Mən hər dəfə Əsmərə xoş rəftar etməyi, ailələrimizə söz söhbət salmamağı izah etmişəm. Lakin Əsmər mənə fikir verməyib, öz bildiklərini edərək təkrar ailədə söz-söhbət yaradaraq mənə qarşı nalayiq sözlər işlədib. Ona görə də aramızda mübahisələrimiz baş verib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 19 radələrində həyat yoldaşı Əsmər işdən gəldiyi üçün onu qarşılayıb və birlikdə evə gəliblər: 

“Sonra təxminən saat 21 radələrində yaşadığımız evdə Əsmərlə söhbət edən zaman evdə pul olmadığı üçün və qardaşıma borc verdiyim pulu geri istəməyimi tələb etdi. Əsmər bu sözləri bir neçə dəfə dayanmadan dedi və mübahisə yaratmağa başladı. Həmin vaxt mənə və valideynlərimə qarşı nalayiq söyüşlər işlətməyə başlayanda əsəbləşdim. 

Özümü saxlaya bilmədim, Əsmərin üzərinə gələrək yumruqla başının arxa hissəsinə iki dəfə zəbə vurdum. Əlim ilə boğazından tutaraq sakit durmasını və artıq danışmamasını tələb etdim. Sonra isə əlimi buraxdım. Həmin vaxt Əsmər evdən çıxaraq ağlaya-ağlaya getdi. Əsmərin hara getdiyi bilməmişəm, heç soruşmadım. Sonradan mən də çıxaraq işə getdim. Səhəri gün işdən evə gəldim. Həyat yoldaşımla gecə aramızda olan mübahisəyə görə üzr istəmədi, əksinə evə niyə qayıtdığımı bildirdi. Təxminən 1 saat evdə oturduqdan sonra təkrar evdən getdim”. 

İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, Aslanla ailə qurduqları gündən 5 gün sonra sonuncu onunla mübahisə edərək döyüb evdən qovub: 

“Sonra təkrar barışıb öz həyatımıza davam etmişik. Lakin, buna baxmayaraq Aslan yenə evdə dəfələrlə mənimlə mübahislər edib. Hətta bir neçə dəfə məni döyüb. Lakin ailəmin dağılmaması üçün polisə şikayət etməmişəm. Toyumuzdan sonra Aslan qardaşına borc pul verdiyi üçün evdə də pul olmadığına görə bəzi çətinliklərimiz yarandı. Bununla bağlı Aslana dəfələrlə dedim ki, qardaşından pulunu alıb öz problemlərinə versin. Lakin Aslan da dedi ki, sənlik deyil, özüm bilərəm. Aslanla bu mübahisələrimiz hər dəfə evdə davam edib”. 

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə hadisə günü işdən gəlib, Sumqayıt şəhərində yerləşən bazarın qarşısında Aslan onu qarşılayıb və birlikdə evə gediblər: 

“Təxminən saat 21 radələrində yenə Aslana dedim ki, evdə bəzi qida məhsulları lazımdır və pul yoxdur, ona görə imkan varsa qardaşına zəng edib bizə olan 270 manat pullarını alsın. Həmin vaxt Aslan yataq otağında oturmuşdu. Ayağa qalxaraq mətbəxə, yanıma gələrək mənimlə ucadan danışaraq nalayiq sözlər işlətdi. Sonra isə yumruqla başımın arxasından vurdu və mən yerə yıxıldım. 

Yerdə isə Aslan əli ilə boğazımdan tutub sıxaraq az danışmağımı, birdə bu pul barəsində mövzu açmamağımı tələb etdi. Mən özümü piss hiss etdiyim üçün Aslanın əlindən çıxdım və ayaqqabı geyinərək həyətə düşdüm. Sonra marketə gedib oradan su alaraq içdim. Həyətdə parkda təxminən 30 dəqiqə oturdum. Biraz ağladım, sonra isə evə qayıtdım. Evə gəldikdə artıq Aslanın evdə olmadığını və işə getdiyini gördüm”. 

Əsmərin ifadəsinə görə, səhəri gün, təxminən saat 8 radələrində Aslan işdən evə gəlib: 

“Aslan gecə saatlarında olan mübahisəyə görə məndən üzr istəmək əvəzinə, əksinə mənimlə təkrar yenə sözlə mübahisə etdi. Yenə mənə nalayiq sözlər işlədərək birdə pul adını çəkməməyimi tələb etdi. Mən də Aslana heç nə deməyib kənarda oturdum. Təxminən 30 dəqiqədən sonra Aslan evdən getdi. Mən də Aslanın barəsində Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vuraraq şikayət verdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aslanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

12:00 - 7 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin