Kənarları hasarlanıb, qapısı bağlanıb, üzərinə isə iş getməsi ilə bağlı işarə də qoyulub. Bu yol 10 ildən çoxdur ki, bu vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, təmir üçün yolun bağlı olması onların işini çətinləşdirir. Evlərinə getmək istəyənlər yollarını dəyişirlər.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu stansiyanın tikintisi ilə bağlı hələlik yekun qərar yoxdur.
Əlavə olaraq, hazırda layihənin ilkin mərhələsi ilə bağlı işlər yekunlaşsa da, digər məsələlərlə bağlı müəyyən tədbirlər görülməlidir.
Ətraflı “Xəzər Xəbər”in süjetində: