Son üç gündə Zəngilan rayonu Ağalı kəndinə 20 ailə köçürülüb.
Köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub.
İddia olunur ki, kənddə tibb məntəqəsi, təcili tibbi yardım xidməti təşkil edilməyib. Mərhum da tibbi müdaxilə olunmadığına görə vəfat edib.
Bu iddia ilə sosial şəbəkə istifadəçi çıxış edib.