Polşalı MMA çempionu Ukraynada həlak oldu

 Polşalı MMA çempionu Ukraynada həlak oldu

Polşalı qarışıq döyüş növləri üzrə (MMA) çempion Tomek Valentek Ukraynanın müdafiəsi zamanı həlak olub. 

Bu barədə Polşa MMA Assosiasiyası məlumat yayıb.

“Böyük kədərlə, polşalı könüllü kimi Ukraynanın Beynəlxalq Müdafiə Legionunun tərkibində döyüşmüş və orada həlak olan Tomekonun ölümü ilə bağlı məlumatı aldıq”, - məlumatda deyilir.

Bildirilib ki, o, Donbassda həlak olub. 

Qeyd edək ki, Valentek həvəskar MMA turnirlərində iştirak edib. O, 2021-ci ildə Qlivitsedə keçirilən ikinci MMA turnirinin qalibi olub. 

18:29 - 24 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin