Xəbər verdiyimiz kimi, Göygöldə ağır yol qəzası baş verib. Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Hərəkətdə olan "BMW X5" ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Hadisədən sonra "BMW X5" yoldan çıxaraq hasara daha sonra isə ağaca çırpılıb. Qəza zamanı "BMW X5"in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən ölüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəzada həlak olan 26 yaşlı Cavid Mürsəlov Baş leytenant olub, DGK-nin Gəncə Gömrük idarəsində çalışıb.
Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur.
Qeyd edək ki, həmin maşında olan sərnişin 26 yaşlı Ruslan Rüstəmov, "VAZ 2106"da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.