Binəqədi qəsəbəsi, İkinci mədən küçəsi, “73-cü korpus” adlanan ərazinin sakinləri betonqarışdıran maşınlara görə yolu bağlayıblar.
Günün 24 saatı, nəfəs belə dərmədən ərazidə şütüyən bu betonqarışdıran maşınların əlindən sakinlər cana doyublar.
Səbir kasaları daşan sakinlər son çarəni əraziyə giriş yolunu bağlamaqda görüblər.
“Nə gecəmiz, nə gündüzümüz yoxdur. Evdə körpə uşaqlarımız var, gecələri bu maşınların səsindən yata bilmirlər”, - deyə sakinlər qeyd edib.
Bununla bağlı “Real” TV-nin süjetini təqdim edirik:
VİDEO