Həftə sonları bəzi mərkəzi küçələr avtomobillər üçün bağlı olacaq

 Həftə sonları bəzi mərkəzi küçələr avtomobillər üçün bağlı olacaq

Həftə sonları Bakının Malakan bağı kimi tanınan ərazisinə yaxın küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Asayis.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) məlumat yayıb.

Bildirilib ki, növbəti mərhələdə qeyd olunan ərazilər piyadaların istifadəsinə veriləcək.

Qeyd edək ki, artıq bu gündən Bakının Malakan bağı kimi tanınan ərazisində Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Agentlik bununla ərazidə yaranan tıxacın qarşısını almaq niyyətindədir.

12:15 - 5 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin