Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

 Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncədə Abbas Səhhət adına xəstəxananın Nevrologiya -Terapiya şöbəsində qeydə alınıb. Belə ki, xəstəxananın

Nevrologiya -Terapiya şöbəsində yatan 64 yaşlı Müsahir Mahmudov orada özünü elektrik kabeli ilə asıb.

64 yaşlı kişinin meyiti xəstəxanada asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

11:15 - 4 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin