Emin Əmrullayev jurnalist mübahisə etdi - VİDEO

 Emin Əmrullayev jurnalist mübahisə etdi - VİDEO
Elm və təhsil naziri Emin Əmrullayev bu gün baş tutan mətbuat konfransında media nümayəndəsinə etiraz edib.

Asayis.Az xəbər verir ki, nazir brifinqə başlayarkən, jurnalistlərin hər birinin ən çoxu iki sual verməsi ilə bağlı “reqlament” müəyyən edib.

Jurnalistlərdən birinin 3 sual verməsi isə nazirin narazılığına səbəb olub. O, qaydalara riayət etməyə çağırıb. Bu zaman jurnalist “siz iki və daha çox sual verə bilərsiniz demişdiniz” sözləri isə naziri əsəbiləşdirib. E.Əmrullayev başa düşülməməsi ilə bağlı hər gün problem yaşadığını xüsusi vurğulayaraq, buna qəti etirazını bildirib.

Sözügedən mübahisəni təqdim edirik:
 

 

15:15 - 1 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin