"Alınmır, aylıq maaşla alınmır. Uşaq köçürtmək, hansısa iş görmək, təmir etdirmək alınmır. Kreditdən çıxıb kreditə girmək lazımdır".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. Aparıcı kreditlərdən danışıb:
"Biz özümüz də... Burdan pulu çıxarırıq, ordan krediti ödəyir. Özü də ödəmə terminalları yanbayan dayanır. Adam tanıyıram ki, 1 qəpiyə görə 28 gün gecikmə yazılıb. Bank vətəndaşa 1 qəpik keçmirsə, biz niyə onları yedizdirməliyik? Amma yenə də qohuma ağız açmaqdansa kredit yaxşıdır. İndi qiymətlər artır, qohum da borc-xərclə yaşayır. Süni qiymət artımı gedir, gör təbi olsa necə olacaq. İndi bütün dünyada insanların çoxu kreditlə yaşayırlar".